FHN-nin informasiya sistemləri MEİS-ə inteqrasiya ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya ediləcək dövlət qurumlarının informasiya sistemlərinin sayı artırılıb.

Ulutv.info-nun apa-nın istinadən xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

AQTA zəhərlənmə hadisələri ilə bağlı sahibkarlara müraciət edibTaxıl və meşə sahələrində yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilibVətən müharibəsi iştirakçısı itkin düşüb

Dəyişikliyə əsasən, Fövqəladə Hallar Nazirliyinin informasiya sistemləri və ehtiyatları MEİS-ə inteqrasiya ediləcək.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir.

MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. MEİS-in fəaliyyəti “bir pəncərə” prinsipi əsasında yeni texnologiyaların tətbiqi yolu ilə təmin olunur.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info