Bu şəxslərin maaşı artdı

Prezident İlham Əliyev "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Ulutv.info  azertac-a istinadən bildirir ki, Sənədə əsasən, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

- 34.1-ci, 34.2-ci və 34.3-cü maddələr aşağıdakı redaksiyada verilir:

"34.1. Hesablama Palatasının sədri 3150 manat məbləğində aylıq vəzifə maaşı alır.

34.2. Hesablama Palatası sədrinin müavini 2800 manat məbləğində aylıq vəzifə maaşı alır.

34.3. Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alırlar.";

- 34.4-cü maddədə "bir aylıq vəzifə maaşı" sözləri "hər ay vəzifə maaşlarının iki misli" sözləri ilə əvəz edilir;

- 35.2-ci maddə ləğv edilir.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info