FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Ulutv.info-nun fhn-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bakıda iki nəfəri avtomobil vurubProkuror bloger Əvəz Hafizlini qətlə yetirən şəxsə cəza istəyibSuraxanıda son bir ayda 115 nəfər saxlanılıb - VİDEO

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, Qəbələ rayonu, Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yolu azaraq köməksiz vəziyyətdə qalan 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Həmçinin, Qaradağ rayonunda, dənizdə, nəzarətsiz ərazidə batması ehtimal olunan 1 nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.




Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info