Daha 500 şəhid ailəsi və qazi evlə təmin olunacaq

500 nəfər şəhid ailəsi və qazi yaxın iki ay ərzində fərdi ev və mənzillə təmin olunacaq.

Ulutv.info trend-ə istinadən xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov deyib.
Onun sözlərinə görə, bu il ümumilikdə 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təmin olunması planlaşdırılır.

"Onlardan artıq 600 nəfərə ev və mənzillər təqdim olunub. Yaxın iki ayda növbəti 500 nəfər də mənzillə təmin olunacaq. Bu il 160 müharibə əlilinin avtomobillə təminatı nəzərə tutulub. Artıq 100 nəfərə avtomobil təqdim edilib. Yaxın vaxtlarda 60 nəfərə də avtomobil veriləcək", - o qeyd edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info