Həbsdə olan Jurnalistin səhhəti pisləşib...

Həbsdə saxlanılan jurnalistin səhhətində ciddi problemlər yaranıb. Ürək çatışmazlığından əziyyət çəkən journalist E.Əliyev Bakı İstintaq Təcridxanasının Tibb Məntəqəsinə yerləşdirilib. Ailə üzvlərinin verdiyi məlumata görə, hazırda səhhətinin stabil olması üçün BİT-nın rəisi E.İsmayılov özü şəxsən lazımı tədbirlərin görünməsinə göstərişlər vermişdir. Həkimlər 24 saat nəzarət tədbiri görməklə saxlanılan Jurnalistin hazırda səhhətini normala qaytara bilib.

Ulutv.info xəbər verir ki, Mediada yayılan məlumata əsasən tanınmış jurnalist Etibar Əliyev Xasay oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qəti imkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihamda qeyd edilib ki, Etibar Əliyev zərərçəkmiş şəxslərə özünü Qarabağ Dirçəliş Fondunda səlahiyyətli şəxs kimi təqdim edərək onlardan külli miqdarda pul alıb. Zərərçəkmiş şəxslər istintaqdakı ifadələrində bildiriblər ki, ittiham olunan şəxs vəd verib ki, onların işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti işlərində iştirakına kömək edəcək. O, zərərçəkmiş şəxslərdən ümumilikdə 123 min manat pul alıb.

Jurnalistin ailə üzvləri isə jurnalistin mövqeyini Ulutv.info-ya bildirib. O qeyd edib ki, "bəzi media qurumları hansı ki, diqtə ilə işləyən jurnalistlər dərc etdikləri məqalədə tərəf nümayiş etdiriblər. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə gedən proses qərəzli aparılıb. Hətta mediaya verilən məlumatlarda hakimin istəyi üzrə qeyd edilib. Çıxış edən şəxslər şər-böhtan atmaqla 123 min vəsaitin alınmasından danışıb. Lakin jurnalistlərin zalda olmasını görən hakim mənim verdiyim ifadənin dərc edilməsinə şərait yaratmayıb. Əgər obyektiv jurnalistlər zalda olsa idilər ittiham aktı oxunduqda niyə mənim ifadələrim dərc edilən məlumatda yer almayıb. Bu ondan xəbər verir ki, sifarişlə həbs edildiyimdən mənim ifadələrim həmin jurnalistlər tərəfindən dərc edilməyəcək. Və bunun səbəbi isə zala buraxılan jurnalistlərində ipinin hakim İlham Mahmudovun əlində olmasıdır."

Ulutv.info-ya daxil olan digər məlumata görə isə zərərçəkmiş şəxslərin adı mediadan gizlədilməkdədir. Çünki məsələdə məhs zərərçəkmiş şəxs qismində tanınmış şəxslərdən biri (şirkət əməkdaşı) hakim İlham Mahmudovun yaxın qohumudu. Bunu məhz jurnalist Etibar Əliyevin iddiasında yer almasıda konkret məsələnin məhkəmənin özü-özünə etiraz etməsinə rəvac verməkdədir. Etibar Əliyev Xasay oğlunun istintaqda olan zərərçəkmişi nədəndirsə məhkəmədə tamamillə əlavələr edilməklə artırılmışdır. Şirkətin əməkdaşından 16 min manat vəsait aldığını etiraf edən Etibar Əliyev Müstəntiqin bu iddia ilə şikayət verəni deyil şirkət rəhbərini əsas zərərçəkmiş qisimdə məhkəməyə cəlb etməsi isə qanuna ziddir deyə bildirib. Müstəntiqin qərəzli yanaşmasını İLham Mahmudovun davam etdirməsi məqsədin nədən ibarət olmasını tam şəffavlığı ilə ortaya qoyur. Beləki, hakim öz qohumunun şikayətçi olduğu məsələdə şirkətdən mənimsədiyi 123 min manatın 16 minini mənə verməsinə baxmayaraq qalan məbləğin harda olmasına dair araşdırmalar aparmır. İstintaq materyallarındada göründüyü kimi MAHMUDOV VAHİD BƏDİR oğlunun şikayəıtçi olması əsas faktordur. Bəs şirkət rəhbərini zərərçəkmiş şəxs qismində məhkəmə istintaqına cəlb etmək hansı qanuna sığır. Həmçinin Hakim ədalətli və obyektiv yanaşma sərgiləyirsə, zərərçəkmişlər rüşvət verərək iş almaq istədiklərini etiraf etdikləri halda Cinayət Məcəlləsinin Rüşvətə təşviq etmə maddəsi ilə bu şəxslərə niyə cinayət işi açmayıb...? Mənim iddialarım burda öz təsdiqin tapır ki, məsələdə qohum bağları olduğundan nə Şirkət rəhbərinə nədə onun əməkdaşlarına qarşı rüşvət maddəsi ilə məsuliyyətə cəlb etmə haqqında qərardat qəbul edilməyib. Prokuror İttiham çıxışındamı bu ifadələri oxumadan ittihamı müdafiə edir..? Bu şəxlərə bu sualları verən var. Bir cinayət əməli mövcudursa deməki o cinayət əməlinin içində olanların hər biri cinayət əməli törətmiş hesab edilməkdədir.- deyə Etibar toğrul bildirib.
Hakim tərəfindən verilmiş vəsadətlərin əsasız ləğv edilməsi jurnalistin ürək çatışmazlığının nəzərə alınmamasıda məhz hakimin qərəz nümayiş etdirməsi kimi E,Əliyevin ailəsi tərəfindən qəbul edilib. Veriilən vəsadətlər əsaslandırılmadan rədd edildi. Bu hansı qanunda tənzimlənməsi isə bizlərə bildirilməyib.



Ulutv.info olaraq zərər çəkmişlərin hər birinin adını açıqlayırıq:

İşə baxan hakim və ya tərkib
İlham Mahmudov - sədrlik edən hakim
Faiq Qəniyev - tərkib üzvü
Məhəmməd Əkbərov - tərkib üzvü
____________________________________________
Tərəflər
Təqsirləndirilən şəxs: ƏLİYEV ETİBAR XASAY
____________________________________________
Zərərçəkmiş şəxs: ƏSƏDOV AFTANDİL MURADXAN OĞLU
Zərərçəkmiş şəxs: İBRAHİMOVA SAMİRƏ LƏTİF QIZI
Zərərçəkmiş şəxs: ƏFƏNDİYEV ALLAHVERDİ ZÖHRAB
Zərərçəkmiş şəxs: ATALIYEV HİDAYƏT ŞAHVERDİ OĞLU
Zərərçəkmiş şəxs: MAHMUDOV VAHİD BƏDİR
____________________________________________
Əlaqəli iclaslar
13.06.2022, saat 10:05 (Hazırlıq iclası) Keçirildi
23.06.2022, saat 14:00 (Baxış iclası) Keçirildi
05.07.2022, saat 14:30 (Baxış iclası) Keçirildi
21.07.2022, saat 14:00 (Baxış iclası) Keçirildi
04.08.2022, saat 14:25 (Baxış iclası) Təyin edildi

Qeyd edək ki, "Etibar Toğrul 27 iyul 1973-cü ildə Ağdam şəhərində anadan olub. İlk məqaləsi 12 yaşı olarkən Ağdamda çıxan keçmiş "Lenin yolu" qəzetində dərc edilib. Müхtəlif vaхtlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin orqanı olan "Gənclik press", "Elita" qəzetlərinin redaktoru, "Yeni Gənclik" qəzetinin və "Dünyaya Qarabağ Harayı" beynəlxalq jurnalının baş redaktoru olub.
2008-ci ildə "Hüquqi Cəmiyyət" qəzetini təsis etmiş və 2012-ci ilədək həmin qəzetin təsisçisi və baş redaktoru olmuşdur. 2012-ci ildən "Xəbər var" qəzetinin baş redaktoru, 2017-2020-ci illərdə "Vetenperverler.az" saytının redaktoru olub. Hazırda isə "Xeber Media GROUP" Şirkətinin, XeberBiz.com və TehsilXeber.com xəbər portalarının rəhbəridir. . 2018-ci ilin fevralından Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin rəhbəri, 2018-ci il 4 iyul tarixində isə Azərbaycan Alpaqut Federasiyasının baş katibi vəzifəsinə təyin edilib.
On kitab müəllifidir. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülüb. Ailəlidir, 3 övladı və iki nəvəsi var."

Yazıda adları keçən şəxs və ya şəxslərin mövqeyni dinləməyə hazırıq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info