Korrupsiyaya görə tutulan vəzifəli şəxs azadlığa buraxıldı

Korrupsiyada ittiham edilərək həbs olunan "Azərbaycan Standartlaşdırma İnstitutu"nun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini Rafiq Əzizovun məhkəməsi başa çatıb.

Ulutv.info-un qafqazinfo-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən R.Əzizova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə prosesində bildirilib ki, hökm elan edilərkən R.Əzizovun həbsdə saxlanıldığı 9 ay 20 gün müddət nəzərə alınıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info