“Diaspor Gənclərinin III Yay Düşərgəsi”nə seçimlər başa çatıb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşada keçiriləcək “Diaspor Gənclərinin III Yay Düşərgəsi”nə seçimlər başa çatıb.

Düşərgəyə qatılmaq üçün 400-dən çox müraciət daxil olub. Qeydiyyat və müsahibə mərhələlərindən sonra 52 ölkəni təmsil edən 116 nəfər düşərgədə iştirak üçün seçilib, daha 12 nəfərin ehtiyat siyahıda saxlanılması qərara alınıb. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri vardır. Seçilmiş iştirakçılardan hər hansı birinin düşərgəyə qatılmasında problem yaranarsa, o zaman ehtiyat siyahıda olanlardan biri onun yerinə düşərgədə iştirak edəcək.

Qeyd edək ki, “Diaspor Gənclərinin III Yay Düşərgəsi” 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərində təşkil ediləcək.

Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Yay düşərgəsinin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Gənclər ilk növbədə tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanları əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman xaricdə yaşayan azərbaycanlıları tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə çağırıb. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında da Müzəffər Ali Baş Komandan dünya azərbaycanlılarını ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

___________________________________________________________________

Завершился отбор в “III Летний лагерь диаспорской молодежи”

Завершился отбор в “III Летний лагерь диаспорской молодежи”, который будет организован в Шуше Государственным комитетом Азербайджанской Республики по работе с диаспорой совместно с Фондом Гейдара Алиева.

Для участия в лагере поступило более 400 обращений. После этапов регистрации и собеседования было отобрано 116 участников, представляющих 52 страны, еще 12 человек решено включить в резервный список. Сюда входят как азербайджанцы, проживающие в различных странах мира, так и представители народов, питающих дружественное отношение к Азербайджану. В случае, если возникнет проблема с участием одного из отобранных лиц, то вместо него в лагере примет участие один из представителей молодежи, включенных в резервный список.

Отметим, что “III Летний лагерь диаспорской молодежи” будет организован в рамках "Года Шуши" 2-8 августа 2022 года в городе Шуша - жемчужине азербайджанской культуры.

Партнерами лагеря являются Министерство молодежи и спорта Азербайджанской Республики, Фонд молодежи, Государственное агентство по туризму и Управление государственного заповедника города Шуша.

Программа летнего лагеря включает ознакомление с памятниками Шуши, разрушенными в период оккупации, посещение святых мест, встречи с членами семей шехидов и нашими отважными гази, экспертами из различных сфер, а также развлекательные программы, интеллектуальные игры для молодежи.

Став в первую очередь свидетелями торжества нашей Победы в Шуше, молодежь одновременно еще более упрочит связи с Азербайджаном, овладеет умением успешно представлять нашу страну, научится сетевому взаимодействию, получит возможность обрести новых друзей.

Отметим, что Президент Азербайджанской Республики Ильхам Алиев всегда призывал азербайджанцев, проживающих за рубежом, не прерывать связей с исторической Родиной, периодически приезжать в Азербайджан. На V Съезде азербайджанцев мира, состоявшемся 22-23 апреля 2022 года в Шуше, Победоносный Верховный главнокомандующий также призвал азербайджанцев мира не забывать родного языка, изучать историю и культуру Азербайджана, вместе с диаспорами дружественных народов пропагандировать азербайджанские реалии. B этом контексте, летние лагеря диаспорской молодежи можно расценить и как реализацию рекомендаций Президента Азербайджана.

Напомним, что I Летний лагерь диаспорской молодежи был проведен под лозунгом “100-летие Республики” в Шеки, а II Летний лагерь “Насими-650” - в 2019 году в Шамахе.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info