Minaya düşən komandirin ayağı amputasiya edildi

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində minaya düşən hərbi hissə komandiri Vüqar Tofiq oğlu İsbəndiyarovun son durumu məlum olub.

Ulutv.info modern.az-a istinadən xəbər verir ki, hərbçinin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub.

Yaxınlarının bildirdiyinə görə, təcrübəli zabitin sağ ayağının aşağı ətraflarında sınıq və çıxıqlar meydana gəlib. Hərbi qulluqçunun ümumi vəziyyətinin stabil olduğu bildirilir.

V.İsbəndiyarovun hazırda cərrahi əməliyyatda olduğu qeyd edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info