Şirvan DYP əməkdaşının hərəkətlərindən narazı sürücü - VİDEO

UluTv.info xəbər verir ki, Şirvan şəhər Dövlət Yol Polisi tərəfindən yaradılan şərait narazılığa səbəb olub. Belə ki, sürücülərdən biri gecə saatlarında 99-YP130 dövlət qeydiyyat nişanlı xidməti avtomobilin yaratdığı tıxacla bağlı paylaşım edib. Tiktok səhifəsində paylaşım edən sürücü qarşılaşdığı problemidə açıq şəkildə videogörüntüdə dilə gətirib. Məsələ ilə bağlı bu ilk və sonuncu olmayan problemlərdən biri kimi sürücülərin qəsdən qanun pozuntusuna yol verməsinə şəraitin DYP əməkdaşları tərəfindən yaradılması olaraq görünməkdədir. DYP əməkdaşları qanunun tələblərinə uyğun davranması nümunə olmalıdır. Lakin bu cür görüntülər hər gün sosial səhifələrdə durmadan vətəndaşlar tərəfindən ictimailəşdirilir. Məsələ ilə bağlı görüntüləri bizim əməkdaşlar tiktoksəhifəsi olan @qazi_2025 adlı istifadəçi yayımladığına şahid olub və həmin səhifədən videonu götürmüşük. Götürülən videonuda sizlərə olduğu kimi təqdim edirik.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info