Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıb

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bir qrup diaspor nümayəndəsi Şuşaya səfər edib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində beşinci dəfə gerçəkləşən səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edir.

Səfər zamanı diaspor nümayəndələri mədəniyyət paytaxtımızın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət edəcək, post-müharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (iyulun 27-də, avqustun 17-də, oktyabrın 9-da və dekabrın 2-də) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.
-------------------------------------------------------------------------------------------------------------------------------------
Началась очередная поездка представителей диаспоры в Шушу

Сегодня при организационной поддержке Государственного комитета по работе с диаспорой группа представителей диаспоры совершила поездку в Шушу.

В поездке, проводимой в пятый раз в рамках проекта “Мы находимся в Шуше благодаря железному кулаку”, принимают участие 130 представителей диаспоры из 27 стран.

В ходе мероприятия они побывают на главной площади нашей культурной столицы - “Базарбаши”, у Гянджинских ворот, посетят Джыдыр дюзю, площадь, где установлены подвергшиеся армянскому вандализму “Расстрелянные скульптуры”, место подписания Шушинской декларации, дом Хуршидбану Натаван, родник “Xaн гызы”, мечети Саатлы, Ашагы и Юхары Говхар ага и другие достопримечательности, ознакомятся с работой по реконструкции и благоустройству, проводимой в нашем древнем городе в поствоенный период.

Отметим, что в 2021 году Государственный комитет по работе с диаспорой четырежды (27 июля, 17 августа, 9 октября и 2 декабря) организовал поездки представителей диаспоры в город Шуша. Поездки, осуществленные под лозунгом “Мы находимся в Шуше благодаря железному кулаку”, - одно из важнейших мероприятий в истории азербайджанской диаспоры.









Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info