Hovuzda çimən qadınları çəkib təhqir edən döyülüb?

Bir neçə gün öncə "Tiktok" sosial şəbəkəsində paylaşdığı video ilə gündəmə gələn şəxsdən xəbər var.

Ulutv.info manset.az-a istinadla xəbər verir ki, istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin döyüldüyü bildirilir. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edilir ki, "magerramoff" adlı profilin sahibi bir neçə şəxs tərəfindən döyülüb. Onun müxəlif dərəcəli bədən xəsarətləri aldığı iddia olunur.

Xatırladaq ki, "magerramoff" "Tik-tok" platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlədib. 93 min izləyici olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılıb. İstirahət mərkəzində dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info