Vətəndaşın ödədiyi cərimə sistemdən niyə silinmir?

Paytaxt sakini avtomobilinə yazılan cəriməni ödəsə də, həmin məbləğ sistemdən silinməyib. İndi vətəndaşa ödədiyi cərimənin dəbbə pulu gəlir və məbləğ günü-gündən böyüyür. Aidiyyəti qurum isə məsələnin araşdırılacağını bildirib.

Ulutv.info xezerxeber-ə sitinadən xəbər verir ki, ödənilən cərimə sistemdən silinməyib.

Nəticədə hər gün ödədiyi cərimənin üzərinə əlavə dəbbə pulu gəlir. Şikayətçi Tofiq Məlikov deyir ki, o məsələ ilə bağlı aidiyyəti üzrə müraciətlər etsə də, nəticəsi yoxdur.

İndi onun istəyi ödədiyi cərimənin sistemdən silinməsidir. Əks halda həmin cərimə məbləği daha da böyüyəcək.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, şikayətin araşdırılması üçün əyani olaraq və ya onlayn şəkildə idarəyə müraciət edilməlidir.Həmin şikayəti qanunvericilik çərçivəsində araşdırılacaq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info