Ərdoğan Zəngilan Hava Limanının açılışında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Ulutv.info milli.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Derya Yanıkı qəbul edərkən deyib.

Dövlət başçısı Türkiyə Prezidenti ilə Zəngilan hava limanının açılışında iştirak edəcəklərini məmnunluqla qeyd edib.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi bu ilin sentyabr ayında başa çatacaq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info