Bakıda idmançı Kamil Zeynallıya , eləcə də bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin məhkəmə prosesi davam etdirilib.

Bakıda idmançı Kamil Zeynallıya , eləcə də bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin məhkəmə prosesi davam etdirilib.

"Xebernur.com" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kamil Zeynallı ifadə verib. O bildirib ki, bu hadisədə 13 min zərər çəkib:

"Bu adam kifayət qədər insanlara zərər verib. Bir şapalaqlıq canı yoxdu başdan ayağa yalan ifadələr verir. Biz tanıdığımız 50-dən çox adam var ki bu adam ziyan verib. Yaxşı ki mən çıxdım ortaya onun iç üzünü ifşa etdim. Ev tikintisinə görə, 20 min pul vermişdim. Lakin o, cəmi 7 min manatlıq iş görmüşdü. 13 min manat mənə zərər verib. Mən təqsirləndirilən şəxsdən şikayətçiyəm, lakin zərəri istəmirəm. Məhkəmədən təqsirləndirilən şəxsin cəzalandırılmasını istəyirəm".

Zərərçəkmiş Pərvin Abbasova isə bildirib ki, təqsirləndirilən şəxs ona 62 min 800 zərər verib:

"İşlərin başlanılması üçün ilkin olaraq 33 min manatla razılaşdıq. Amma ümumilikdə isə 66 min manat ödəməli idik. Ev 3 mərtəbəli olmalı idi, evin içində hovuz və hasar tikilməli idi. Torpağım Qəbələ rayonu Vəndam qəsəbəsindədir. Müqavilə həyat yoldaşımla imzalanmışdı. 62 min zərərçəkmişəm".

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev Ceyhun Baloğlanovdan 58 min manat, idmançı Kamil Zeynallının etibarından sui-istifadə edərək ona 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova 53 min manat dələduzluq edib. İş üzrə ümumilikdə E. Ağayev 7 nəfərə qarşı 300 min manat dələduzluq edib. E. Ağayev zərərçəkmişlərə ev tikmək adı ilə söz versə də, sonradan yığılan məbləği mənimsəyib.

Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info