Masallı sakini Quba rayon DYP əməkdaşları tərəfindən hücuma məruz qalıb? - DİN AÇIQLAMA

Ulutv.İnfo xəbər verir ki, bir müddət əvvəl "Ulu Tv" youtub kanalında yayımlanan Quba rayon ərazisində Dövlət Yol Polisi tərəfindən saxlanması və nəqliyyat vasitəsinin sahibi ilə DYP əməkdaşları arasında yaranan konfliktin videogörüntülərinə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əmkdaşı Elşad HAcıyev münasibət bildirib. O baş vermiş hadisənin təfərüatlarını məhz paylaşılan videonun şərh bölümündə qeyd edib.

Sözü gedən görüntülər sizlərə təqdim edirik:




DİN Mətbuat Xidmətinin açıqlamasını olduğu kimi sizlərə təqdim edirik:


Elşad Hacıyev:


Sosial şəbəkələrdə Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ilə bağlı yayılan görüntülər araşdırılıb.

YPX-nin inspektoru rayon ərazisində hərəkətdə olan Masallı rayon sakini Kamran Adıgözəlovun idarə etdiyi “KİA” markalı avtomobili yollarda intizamsızlıq etdiyinə və yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna, eləcə də təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə nəzarət-yoxlama qaydasında saxlayıb.

Araşdırmalar zamanı K.Adıgözəlovun sürücülük hüququ olmadan Rizvan Oruczadəyə məxsus avtomobili idarə etdiyi məlum olub. R.Oruczadə həmin anda orada olmayıb. Daha sonra polis əməkdaşı tərəfindən hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub və avtomobil cərimə meydançasına aparılıb.

Rizvan Oruczadənin bir müddət sonraYPX-nin əməkdaşlarına yaxınlaşaraq video görüntülər çəkməsi özünü təmizə çıxarmaq və polis əməkdaşlarına şər yaxmaq məqsədi daşıyır.


Deyə Mətbuat xidmətindən bildirilib.


Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info