Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucov və dəstəsi Toxumçu Sahibkar Adil Nəsibova qarşı at oynadır

Sahibkar Adil Nəsibov və Ailəsi Cənab Prezident və Mehriban xanımdan kömək istədilər...

Sahibkara dəstək olmaqdan köstək olunur"

Şikaətimiz Ağstafa rayon İcra hakimiyyəti
əməkdaşları və Ağstafa rayon İcra hakimiyyəti başçısı Seymur Orucovdandır. Mən Nəsibov Adil Müseyib oğlu 2008 ci ildən toxumçuluqla məşğul oluram. Ağstafa rayon, Poylu kənd sakinlərinin 200 hektar pay torpağını, razılaşma yolu ilə əkib becərirəm. ( Kənd camaatının razılığı ilə) Ağstafa rayonundabirtək toxumçu mən qalmışam. Nə əziyyətlə Bərdə elmi tətqiqat İnstutu və digər başqa yerlərdən toxum alıb əkin əkdik. Dövlət tərəfindəndə mənə toxum ayrılmışdır onuda əkib becərmişik. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nin yeni qanununa əsasən bizə deyildi ki, toxumçuluq fəaliyyətimiz davam etməyi üçün EKTİS də fermerin adında gərək ən azı 40-50 ha torpaq sahəsi olsun. Bizdə Ağstafa İcra başçısına müraciyyət etdik. Seymur Orucov məni qəbul etdi köməklik edəcəyini torpaq ayrılacağını bildirdi. Lakin başçı hər dəfə bugün düzələr, sabah düzələr sözlərini düz 1 ildir mütamadi şəkildə deyir. Məşqul olacağıq deyə-deyə bizim üstümüzdə hərkəsə torpaq verildi. Bir mən toxumçuyam deyə dövlətə xeyir veririk deyə torpaq vermədi. Verilmirsə cənab başçı heç olmasa bizdən alınan pulusada geri qaytarsınlar bizdə işimizi bilək. Pulu verdik torpağın rüsumudur torpaq veriləcək. Torpaqda verilmədi, sənədlərimiz gecikir adımız toxumçuluqdan çıxdıqdan sonra nəyə gərəkdir bizə o torpaq biz gərək ki o toxumluq arpa və buğdanı toyuq dəni kimi satış edək. Budurda sahibkara və dövlətə verilən xeyir.

Cənab Prezident Hörmətli Mehriban xanım səsimizə səs verib bizə köməklik edin.

Cənab Prezident çox hörmətli Mehriban xanım xahiş edirəm bu rüşvətxor məmurların cəzalandırılması üçün köməklik göstərin
Atam 2008 ci ildən, özəl toxumçuluq fəaliyyətiylə məşğul olur. Hər il 150-200 hektar əkin yerini icarəyə götrüb əkirdik. Keçən ildən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi qaydasına əsasən toxumçuluq fəaliyyətini davam etməsi üçün, toxumçunun adında gərək ki 50 hektar pay torpağı olsun. Bizimsə cəmi 20 hektar torpağımız olduğu üçün Atam Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov un qəbuluna getdi. Və 30 hektar torpaq icarəyə götürülməsinə köməklik etməsini xahiş etdi. Seymur Orucov köməklik edəcəyini bildirdi lakin, 2022 ci ilin Sentyabr ayından bizə hələdə torpaq verilməyib. O qədər qanunsuzluq hökm sürür ki, başçı flan yeri təşkil edin verin deyəndə 2 gündən sonra İcra Hakimiyyətinin digər işçiləri qeyri qanuni həmin yeri əkdirirlər. Məsələ nədir Ağstafanı, Müavinlər və Şöbə müdirləri kənd və kənd bölüblər. Bir birlərindən xəbərsiz bu kənd mənimdir deyib. Bələdiyyəyə məxsus torpaqlar qanunsuz hektarı 200-250 azndən satırlar.

Əlimdə sübutlar və birçox faktlar var.
Bir sözlə bu rayonda!!
Korrupsiya baş alıb gedir.
Toxumçu, sahibkara dəyər verilmir!!

Onuda qeyd edim ki Sahibkar Toxumçu Adil Nəsibovun hal hazırda səhhəti pisləşib, eyni zamanda vəziyyəti yaxşı deyil
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info