Düyərli Bələdiyyəsi örüş yerlərini satıb... - İTTİHAM VAR!

Şəmkir rayonu, Düyərli kənd sakini Şəmmədov Yusif Şəmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Prezident Aparatının rəhbəri Samir Nuriyevə, Baş prokuror Kamran Əliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, ƏMDX-nin direktoru Ehtiram Eyvazova, Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsinin rəisi Zahir Hümbətova, Şəmkir rayon İcra Hakimiyyatinin başçısı Rəşad Tağıyevə müraciət edib:

“Hörmətli cənablar!

Yazıb sizə bildirirəm ki, Şəmkir rayonunun Düyərli kənd bəladiyyəsinin sədri İsgəndərov Samir Murğuz oğlu qanunsuz olaraq hörmətli Prezidentimizin sərəncamının əksinə hərəkət edərək. Belə ki, o, örüş yerlərini satmaqla məşğuldur.

Kənd camaatı öz heyvanlarını otarmağa yer tapmır.

Samir İsgəndərov Şəmkir rayonunun Düyərli kənd sakini Məmmədov Elçin Məhəmməd oğluna Bakı-Qazax magistral yolunun 410-cü (şəhidlər üçün yaradılan abidənin sağ tərəfində) kilometrliyində, kənd camaatının heyvanları üçün ayrılmış iki hektara yaxın örüş yerini qanunsuz olaraq satmışdır. Həmin örüş yerində Elçin Məmmədov tikinti işləri aparmış, orada sahibkarlıq məqsəd ilə bir neçə "domik"lər tikmiş və hazırda yeməkxana, çayxana kimi işlədir. Orada yemək yeyənlər sərxoşluq edirlər, səs-küylə məşğuldurlar. Bu da kənd camaatının haqlı narazılığına səbəb olmuşdur.

Dəfələrlə müxtəlif orqanlara bələdiyyə sədrindən şikayət etsək də, bu günə kimi örüş yerinin azad olunması barədə heç bir tədbir görülməmişdir.

Şəmkir rayonunun Düyərli kənd bələdiyyəsinin sədri Samir İsgəndərov Şəmkir rayon Maliyyə İdarəsinin sabiq müdiri Nazim Məlikov və Azərbaycan Respublikası ƏMDX-nin yanında torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarovun köməkliyi ilə qanunsuz tikinti aparır, orada kafe, çayxana, “moyka”, təndir-çörək sexi, maşın yüklənməsi anqarı və daş kərxanası fəaliyyəti ilə məşğul olur. Biz ona bildirəndə ki, örüş yerlərində tikinti aparmaq, cinayətdir, əhəmiyyət vermədi.

Düyərli Bələdiyyəsi də bu işlərə göz yumur, tikintinin örüş yerindən sökülməsi barədə heç bir tədbir görülməmişdir. Əksinə, Bələdiyyə sədri örüş yerini satdığı şəxsi yanına salıb, bütün təşkilatlardan xahiş edir ki, ona sənəd versinlər.

Hörmətli cənablar!

Sizdən xahiş edirəm ki, Şəmkir rayonunu, Düyərli Bələdiyyəsinin sədri İsgəndərov Samir Murğuz oğlunun barəsində, eləcə də Düyərli kəndinin adı çəkilən örüş yerinin azad olunması və oradakı qeyri-qanuni tikintilərin sökülməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz”.

Redaksiyadan: Yazıda adlarıq eyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. (Hurriyyet.az)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info