Muxtar Babayevin diqqətinə: Kömür ocaqları bu kəndi yaşayış üçün dözülməz edib FOTO

Masallı rayonunun Yelağacı kəndinin sakinləri kömür ocaqlarından şikayətçidirlər.

Sakinlər AzToday.az-a bildiriblər ki, kənd ərazisindəki kömür ocaqları səbəbindən nəfəs ala bilmirlər. Kənd başdan-ayağa tüstü dümanın içində olur. Kənddə həyətlərdə qurulan kömür ocaqları ilə bağlı müvafiq qurumlara edilən mürcaiətlərə də cavab verilmədiyi bildirilir.

Yerli ekologiya idarələri hələ odun satışına icazə vermədiyi halda kömür biznesi ilə məşğul olanların həyətləri odunla dolub “daşır”. Yeyənkənd meşəbəyliyinin ərazisindən daşınan odunlar kömür halına salınaraq restoran və kafelərə satılır.

Sakinlərin təqdim etdiyi görüntülərdə də hər şey aydın şəkildə sezilir. Həmin görüntüləri təqdim edirik.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info