DİN: Cəlilabad rayonu Əliqasımlı kəndində bir şəxsin öldürülməsi aşkar edilib

Mayın 27-də saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci təvəllüdlü Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan UluTv.info-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, həmkəndlisi 1991-ci təvəllüdlü Aslanov Rəşad Aydın oğlu saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. O, könüllü polisə təslim olub.

Araşdırma aparılır.

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info