Biləsuvar Rayon 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda görüş baş tutub - FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici görüş 1 nömrəli tam orta məktəbdə keçirilib.

UluTv.info xəbər verir ki, əvvəlcə məktəblilərin hazırladıqları və narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən rəsmlərə baxış keçirilib. Seçilən əl işlərinin müəlliflərinə Biləsuvar RPŞ-nin rəhbərliyi tərəfindən hədiyyələr təqdim edilib. Çıxış edən şöbə rəisi, polis polkovniki Nəsib Məmmədov müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info