“Pilgrim Education Center” -in Gəncə filialının açılışı oldu -ÖZƏL+FOTOLAR

Ulutv.İnfo xəbər verir ki, 18 aprel tarixində Pilgrim Education Tədris Mərkəzinin Gəncə filialının açılışı oldu. Filialımızın təqdimatında “Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi” Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Milli Məclisinin deputat köməkçisi Göyüş Şəfizadə, Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İ.B sədri Anar Sarıyev, Gənclər Mərkəzi İ.B sədri Kənan Qubadzadə ilə birliktə bir sıra ictimaiyyət nümayəndələri və tələbələr iştirak etdi. Mərkəzin daxilində fəaliyyət göstərəcək “Pilgrim Community”, “Pilgrim Academy”, “Pilgrim Proftest” sosial və tədrisyönümlü layihələr çərçivəsində istifadə olunacaq otaqların təqdimatı oldu. Avropanın bir sıra universitetləri və kolleclərində istifadə olunan dizayn üslubu ilə bəzədilən filial qonaqlar tərəfindən maraqla qarşılandı. Əziz Gəncə innovativ tədris üsulu , yeni layihələr və proqramlarla qarşınızda layiqli xidmət etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Ünvan: Gəncə şəhəri Nəriman Nərimanov parkının ətrafı

F.Şərifov
Ulutv.İnfo






Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info