RPŞ-nin əməkdaşları, tibb kollecinin və peşə liseyinin tələbələri iştirak ediblər - FOTO

Saatlı Rayon Gənclər Evində rayon polis şöbəsinin təşkilatçılığı ilə "Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, tibb kollecinin və peşə liseyinin tələbələri iştirak ediblər.

Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev bildirib ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində zəruri bütün tədbirlər görülür və bu cinayət əməli ilə məşğul olan hər bir şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunur. Bundan əlavə, zərərli maddələrin aludəçisinə çevrilən gənclərin normal həyata qayıda bilməsi üçün mütəmadi olaraq profilaktiki tədbirlər də həyata keçirilir. Siz gənclər də ətrafınızda bu bəlanın qurbanına çevrilən insanlara biganə qalmamalı, onların normal həyata qayıtması üçün əlinizdən gələn köməkliyi əsirgəməməlisiniz.

Daha sonra yeniyetmə vaxtlarında gənclərin ailə qurması mövzusunda çıxış edən digər iştirakçılar erkən nikahların qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər. Keçirilən tədbirin mahiyyətindən danışan məruzəçilər tələbələrə dəyərli tövsiyələr veriblər.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info