Samuxda silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsinə rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan UluTv.info-ya verilən məlumata görə, araşdrımalar nəticəsində rayon sakinləri N. Nəbiyev, V. Nəbiyev və A. Nəbizadənin müxtəlif vaxtlarda vətəndaşlara məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 1800 manat olan müxtəlif növ elektrik və metal məişət avadanlıqlarını oğurlaması məlum olub. Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Bununla da Samux rayon Polis Şöbəsinin əməkdaşları cari ilin müvafiq dövründə oğurluq faktı ilə bağlı 3, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 (ümumlikdə 18 kaq-a yaxın narkotik vasitə), qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində isə 1 uğurlu əməliyyat tədbiri həyata keçirib.

UluTv.info





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info