DİN: Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Burunlu kənd sakinləri H.İsgəndərovdan və A.Rəhimovdan müvafiq sənədləri olmayan ov silahları aşkarlanaraq götürülüb.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info