Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb
Bölgə / Kriminal
26-01-2023, 21:20
306
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Rəşad Məmmədov saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı 226 qrama yaxın heroin və 2 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbirləri zamanı rayon sakinləri Hüseyn Heydarov və Seymur Əliyev də saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə H.Heydarovdan 90 qramdan artıq, S.Əliyevdən 11 qramdan artıq heroin götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Ulutv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info