DİN: Daşkəsəndə narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini R. Abdullayev şöbəyə gətirilib. Onun üzərərinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info