DİN: Narkotik vasitə dövriyəsi ilə məşğul olan şəxs Şirvan RPŞ tərəfindən saxlanılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Hidayət Yəhyayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq H.Yəhyayevin yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 220 qram heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info