Antisanitariya mənbəyinə çevrilən Xaçmaz küçələri - FOTOLAR

5 il öncə müasir su-kanalizasiya sistemi qurulan Xaçmaz şəhərinin küçələri zibilliyə qərq olub.


Bu barədə “Report”un Şimal burosuna M.F.Axundov, Nazim Məmmədov, Habil Əliyev və şəhid Anar Mürsəliyev küçələrində yaşayan sakinlər məlumat veriblər.

Sakinlər bildiriblər ki, Xaçmaz şəhərini ikiyə bölən kanallardan biri uzun müddətdir ki, zibil paliqonuna cevrilib. Elə məhz buna görə də əməkdaşımız həmin əraziyə yollanıb və küçələrin vəziyyəti ilə yaxından tanış olub.

Məlum olub ki, hazırda kanalda sudan çox antisanitariya axır desək, yanılmarıq. Xaçmaz şəhəri boyunca uzanan suvarma kanalına atılan tullantılar dəmir yolu xətti ətrafındakı küçələrdən keçən hissədə yığılaraq antisanitar vəziyyət yaradır. Toplanan tullantıların qoxusu ətrafda yaşayan sakinlərin həyatını dözülməz edir. Yay aylarında bu ərazidə yaşamaq qeyri- mümkünə çevrilir. Həmçinində zibillərin qalağlanması nəticəsində kanal həyətlərə daşır ki, bu da evlərdə rütubət yaradır. Yerli sakinlər onuda qeyd edirlər ki, məişət tullantıları bu adi suvarma kanalı vastəsilə şəhərin başlanğıcından gəlir və rayonun bir neçə kəndlərində suvarılan təsərüfatlara axır.

Yaşadığları küçələrin qarşısında zibil qutusu tapmayan, ərazidə qalaqlanan tullantılardan qurtulmağın yolunu yandırmaqda görən sakinlər, özləridə bilmədən ətrafdakı ağaclara və rabitə xəttlərinə ciddi ziyan vurmuş olurlar.

Məsələ ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyətinin Xaçmaz şəhər İnzibati Dairə üzrə nümayəndəsi Emin Ağayev “Report”un yerli bürosuna bildirdi ki, problemdən xəbərmiz var, bir neçə dəfə köklü şəkildə aradan qaldırmağa çalışmışıq amma məsələnin həllinə nail ola bilməmişik.

Problemin həllinə birbaşa cavabdeh olan qurum olaraq Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi Şamil Şahbazovu günlərlə xidməti idarəsində tapmasaqda, “Report”un yerli bürosuna şifahi olaraq bildirildi ki, hazırda rayonda kanalı zibillərdən təmizləyəcək texnika yoxdur. Texnika olsa belə, həmin əraziyə keçməsi üçün yol yoxdur. Sözü gedən əraziyə bir daha baxış keçiriləcək. Sakinlərlə marifləndirici söhbətlər apararaq əraziyə zibil qutuları qoyulacaq.

Məlumat üçün onuda qeyd edək ki, Xaçmaz şəhərinin su-kanalizasiya sisteminin yenilənməsi layihəsi 2018-ci ildə başa çatdığını nəzərə alsaq, yaranan problemə vətəndaş məsuliyyətsizliyinin də səbəb olduğunu qeyd etmək olar.

Ulutv.info

Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info