DİN: Oğurluqda şübhəli bilinən şəxslərin başqa cinayətləri törətməsi məlum oldu

Hacıqabul Rayon Polis Şöbəsinin və DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi təsərrüfatdan ümumilikdə 9 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məmmədov və Orxan Həsənov saxlanılıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanları satdıqlarını və əldə etdikləri pulları öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info