DİN: Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb _ FOTO/VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar olunub. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilib və oradan 7 kq 180 qram narkotik vasitə olan “marixuana” və “metamfetamin” aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri də davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində rayon sakinlərinə məxsus, müvafiq sənədləri olmayan “TOZ”, “İJ” və digər markalı müxtəlif kalibrli ov silahları aşkar edilərək götürülüb. Aşkar edilən ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Bununla da Samux rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 9 əməliyyat-axtarış tədbiri baş tutaraq ümumilikdə 17 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Aşkar edilən digər bir fakt nəticəsində isə vətəndaşdan “Makarov” tipli tapança müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ulutv.info







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info