Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 13-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının çağırılması haqqında Qərar imzalayıb.

Ulutv.info report-a istinadən xəbər verir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası 2022-ci il iyul ayının 16-da saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

Sessiyanın müzakirəsinə 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi daxildir.

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info