Tovuzda polis əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 8 Noyabr - Zəfər Günü ilə əlaqədar rayonun Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban verən mərd mübarizlərin məzarları üzərinə tər çiçəklər düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Habil Əmraslanov şəhidlərin şərəfli döyüş yollarından, torpaqlarımızın azadlığı uğrunda göstərdikləri cəsarətlərindən danışıb, onların əziz xatirələrinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

UluTv.info




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info