Balakəndə uşaq hüquqları ilə bağlı tədbir keçirilib

“Uşaq hüquqları aylığı” çərçivəsində Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində məktəblilərlə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və onların hüquqlarının qorunması işinin daha da yaxşılaşdırılmasından ibarətdir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ulutv.info-ya verilən məlumata görə, çıxış edən polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov tədbirin mahiyyəti ilə bağlı iştirakçılara ətraflı məlumat verib, uşaqların erkən nikaha, məcburi əməyə cəlb edilməsi hallarına qarşı hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Ölkəmizdə uşaqların hüquq və azadlıqlarının təmini üzrə görülən işlərdən söz açıb.
Daha sonra uşaqların fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Ulutv.info


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info