Ağdaşda Polis Akademiyasının əməkdaşları məktəblilərlə görüşüblər

Ağdaşda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilərlə görüş keçirilib. Rayonun tam orta məktəblərində təhsil alan 300 nəfərdən artıq şagirdin iştirakı ilə keçirilən görüşdə əsas məqsəd zərərli vərdişlərin fəsadları barədə onları məlumatlandırmaq və təhsilə təşviq etmək olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, tədbirdə sağlam həyat tərzinin təbliği ilə bağlı çıxışlar olub, eləcə də ali təhsil müəssisələrinə hazırlaşan və daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyası barədə məlumat verilib. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı məktəblilərin sualları cavablandırılıb, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən danışılıb.
Sonda bukletlər paylanılıb və Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.


Ulutv.info




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info