Ağsuda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələniblər

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-yoxlama tədbirləri keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, bu istiqamətdə keçirilən mübarizə tədbirləri çərçivəsində piyada səkilərində, yol kənarlarında antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Həmin şəxslərə qanunvericiliyin tələbləri izah olunub və ancaq müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılıb.
Ümumilikdə, cari il ərzində keçirilən yoxlamalar zamanı 47 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info