“Şəffaf İdarəçilik” İctimai Birliyi Nefçala rayonunda maarifləndirici tədbir keçirmişdir.

13 oktyabr tarixində “Şəffaf İdarəçilik” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Hökümət qurumlarında ictimai nəzarət, ictimai iştirakçılıq platformalarının yaradılması və maneəsiz iştirakçılıq” layihəyəsi çərçivəsində Neftçala rayonunda maarifləndirici tədbir və vətəndaşlar arasında mövcud ictimai şuranın fəaliyyəti haqqında sorğu keçirmişdir.


Ulutv.info xəbər verirki, Təşkilatın idarə heyyətinin üzvü Sevil Kazımın verdiyi məlumata görə, tədbirdə Neftçala rayon icra hakimiyyəti yanında iştimai şuranın üzvüləri, rayonda fəaliyyət göstrərən qeyri hökümət təşkilatlarının nümayəndələri aktiv vətəndaşlar və gənclər iştirak etmişlər.

Layihə şərçivəsində icra hakimiyyətinə müddəti tamamlanmaqda olan ictiami şura gələcək fəaliyyətində ictimai iştirakçılıq platfarsının yaradılması, yeni seçiləcək tərkibin 1/3 hissəsinin yeni üzvlər ibarət olması , platformada təmsil olunun vətəndaş cəmiyyəti insititutları və aktiv insanların şura seçkilərindən sonra fəaliyyətlərinin şura tərəfindən koordinasiya olunması və şuranın platforma üzvüləri qarşısında hesabat verməsi tövsiyyə olunmuşdur.

Şura üzvülərinə vətəndaşlarla daimi təmasda olmaq, vətəndaşların və vətəndaş cəmiyyəti insititutları nümayəndələrinin ictimai müzakirələrə,
ictimai dinləmələrə, ictimai rəyin öyrənilməsi, hüquqi akt layihələrinin ictimai müzakirəsi , yazılı məsləhətləşmələrə cəlb edilməsi tövsiyyə olunmuşdur.

Aktiv vətəndaş cəmiyyətinin iştirak etdiyi tədbir daha sonra sual cavab formatında davam etmişdir.


Ulutv.info



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info