Astarada narkotik vasitənin təsiri altında olan sürücülər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara şəhəri ərazisində hərəkətdə olarkən qayda pozuntusuna yol verən “Vaz 21070” markalı avtomobilin sürücüsü, rayon sakini S.Eyvazov və “Vaz 21011” markalı avtomobilin sürücüsü, rayon sakini T.Əfsəlov saxlanılıblar. Həmin nəqliyyat vasitələri saxlanılan zaman sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb və onların müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən S.Eyvazov və T.Əfsəlovun narkotik vasitədən istifadə etdikləri məlum olub.


Həmin şəxslərin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info