Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə görə 12 nəfər saxlanılıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə xaricdən əldə etdikləri narkotik vasitənin ölkə ərazisində satışını təşkil etmək istəyən şəxslər saxlanılıblar.

Belə ki, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri Rövşən Azayev və Samirə Nəcəfli tutulublar. Baxış zamanı onların olduğu avtomobildən 1 kiloqram 500 qram heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı onların həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdikləri müəyyən edilib.

Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər tədbirlər nəticəsində daha 10rayon sakini saxlanılıb və onlardan külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Qeyd edək ki, bu ilin əvvəlindən Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 103 kiloqram narkotik vasitə çıxarılıb.


Ulutv.info



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info