İmişli RPŞ (kənd sakinindən 2 ədəd çətənə kolu və 1 kiloqram 550 qram marixuana aşkar olunaraq götürülüb)

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayonun Murğuzallı kənd sakini Rauf İmanov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu və 1 kiloqram 550 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info