Daxili İşlər Nazirliyinin rəsmi qrumları Neftçala rayonunda ŞƏHİD ailələrini ziyarət ediblər

Neftçala Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları, eləcə də Daxili Qoşunlarının hərbi qulluqçuları torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hərbiçilərimizin ailələrini ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları olmuş Rauf Süleymanov, Şahlar Məmmədov və Səid Cəfərovun ailə üzvlərinin qonağı olan polislər və hərbi qulluqçular görüş zamanı onların qayğıları ilə maraqlanıb, şəhidlərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışıblar. Bildirilib ki, müqəddəs amal uğrundan canlarından keçən mərd oğullarımızın əziz xatirələri hər zaman qəlbimizdə yaşayacaq və onların igidlikləri gələcək nəsillər üçün örnək olacaq.

Şəhid ailələri də onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Görüşlərin sonundan RPŞ-nin kollektivi və hərbi qulluqçular şəhidlərin məzarlarını ziyarət edərək, önünə əklil və gül-çiçək dəstələri qoyublar.

UluTv.NET
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info