Zaqatalada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib, şəhidlərin məzarları və ailələri ziyarət olunub

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçularının məzarlarını və ailə üzvlərini ziyarət ediblər.

Əvvəlcə şəhidlərin məzarlərı üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra mərd oğullarımızın ailə üzvlərinin yaşadıqları evlərdə qonaq olan polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.

Həmçinin, 27 sentyabr - Anım Günü ilə əlaqədar rayon ərazisində təşkil olunan ağacəkmə aksiyasıda polis şöbəsinin şəxsi heyəti də fəal iştirak edib.Yeni əkilən tinglər suvarılıb və mühafizəsi üçün qoruyucu dirəklər basdırılıb.


Ulutv.info






Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info