Şəkidə polis əməkdaşları şəhidlərimizin əziz xatirəsini yad ediblər

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhidləri - Elçin Nadirov, Ruslan Sadıqov və Sənan Ələsgərzadənin məzarlarını ziyarət ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, məzarları önünə əklil qoyulub və ruhlarına dualar oxunub. Qəhrəmanlarımızın yaxınları ilə həmsöhbət olan polis əməkdaşları onların qayğıları ilə maraqlanıb, mərd oğullarımızın Vətən müharibəsindəki şərəfli döyüş yolundan danışıblar. Şəhidlərimizin şücaətinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.


Ulutv.info









Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info