37 saylı Yol İstismar İdarəsində yeyintilərin olması ilə bağlı şok iddiallar

Son günlər ölkə də anti-korrupsiya əməliyyatları həyata keçirildiyi bir zamanda bəzi məmurların göz bağlayıcı metodlardan yaralanmağı və eyni ilə qara əməllərini həyata maneəsiz keçirməsi olduqca şübhələr doğurur.

DOSYE.ORG-a daxil olan məlumatlarda bildirilir ki, bu kimi hallar rayonlarda daha çox qeydə alınır. Məlumat verən mənbə vurğulayır ki, Beyləqan rayonunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirtdiyi uğurlu əməliyyat nətiçəsində 6 saylı Əmlak Məsələləri üzrə Beyləqan rayon şöbəsinin rəisi Elsevər Paşayev saxlanıldı. İstintaq sirri olduğu üçün bəzi məlumatları açıqlamırıq. Rayonda keçirilən əməliyyat dalğası bir neçə məmuru da silkələməyə başlayıb.

Bunlardan əlavə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları “Azəravtayol”da da əməliyyat apardı və idarənin rəhbər şəxsı həbs edildi. Əldə etdiyimiz son məlumatlara görə Beyləqan rayonunda daha bir neçə məmurun işlədiyi dövürdə yol verdiyi ciddi nöqsanlar araşdırılır. Ən ciddi yeyintilər isə 37 saylı Beyləqan Yol İstismar İdarəsinin rəisi Füzuli Quliyevin rəhbər olduğu idarədədir. Digər bir məlumatda isə bildirilir ki, “Azəravtayol”da həbs edilən şöbə rəisi F. Quliyevin yaxını, bir sözlə qara işlərini görən fiqur imiş. Bu istiqamətdə araşdırmalarımız davam edir. Növbəti yazılarımızda daha geniş bilgilərlə tanış olacaqsınız.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info