Qubada çay məcrasından çıxdı: kəndi su basdı - Foto

Quba rayonunda Cağacıq çayı daşıb, Rustov kəndini su basıb.

"Report"un Şimal bürosunun məlumatına görə, güclü leysan yağışları nəticəsində, Cağacıq çayı məcrasından çıxıb. Nəticədə çayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib.

Qeyd edək ki, hazırda da Quba rayonunun yüksək dağlıq ərazilərində leysan xarakterli yağış müşahidə edilir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info