Ağstafada Xocalı Şəhidlərinin Anım günündə Nazirlik əməkdaşının hörmətsizliyi - FOTOLAR

Milli dəyərlərimiz bizi bir xalq olaraq formalaşdırılır. Bu dəyərlər fərdlər tərəfindən laqeyidsiz qaldıqda artıq xalq olaraq dünyada həm insan olaraq, həm dövlət olaraq nüfuzdan düşməyimizə gətirib çıxaran amildir.


Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbovun apardığı islahatlarda göründüyü qədər diqqətdən qaçırdığı nüanslar var. Gənclər və İdman nazirliyi regional idarəsinin rəisi Əziz Məsmaliyev göründüyü qədər məsul olduğu vəzifənin icrasında mədəniyyətin inkişafından çox şəxsi maraqları əsas prioritetidir.

Buna sübut onun rayonlarda tabeçiliyində olan idarələrin əməkdaş və məsul şəxslərinin xalqın milli dəyərlərinə edilən hörmətsizlik cəzasız qalıb. Bu azmış kimi fəxrlə də edilən hörmətsizlik həmin şəxslər tərfindən sosial platformalarda paylaşılır.

Buna nümunə olaraq Ağstafa Gənclər evi Facebook.com səhifəsində yayımlanan fotodur. Ağstafa Gənclər evinin müdiri Nicat Vəkilov işçisinin göründüyü kimi verdiyi görüntüdən xəbərsiz olacaq ki, bu fotonu sosial platformada rahat şəkildə paylaşıb. Azərbaycan xalqının nümayəndəsi və şəhid ailələrinin sualı var sizə Nicat müəllim.
_______________________________________
- Əməkdaşınız Şəfəq Böyükkişiyevanı Xocalı Abidəsini ziyarət edərkən bu yaşa qədər ona izah edilməyibmi həmin günün qeyd edilməsinin mahiyyəti nədir?
_______________________________________
- Digər tərəfdən bu əməkdaş Ş.Böyükkişiyevanı qımışdıran abidənin ziyarət edilməsidir yoxsa onun könülsüz məcburi abidə önünə gətirilməsidir?
_______________________________________

Media nümayəndəsi olaraq şəhid ailələrinin və cəmiyyətin diqətinə səbəb olan bu sayğısızlığa görə sizlərdən açıqlama istəyirik.

Məsələ ilə bağlı qarşı tərəfin söz haqqını dinləməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info