AZAL-a rəhbərlik edəcək Samir Rzayev “Bravo”da işləyib

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib və onun vəzifəsinin müvəqqəti icrası AZAL-ın birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

Ekonominfo xəbər verir ki, Samir Rzayev AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə 2022-ci ilin noyabr ayında təyin olunub.Bu vəzifədən əvvəl isə “Bravo” supermarketlər şəbəkəsində satış müdüri olub. Samir Rzayev 2017-ci ildən “Bravo”da işləyib. 2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri olub. Samir Rzayev 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində magistr təhsili alıb.
Onu da qeyd edək ki, “Bravo” supermarketlər şəbəkəsi ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlıdır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info