Süleyman Mikayılovun nəzarətindəki müəssisə 2 manatlıq şirkətə yarımmilyondan çox pul köçürür

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin “Abadlıq işlərinin satınalınması” ilə bağlı ekan etdiyi tender baa çatıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, tenderin qalibi “QARA QAYA” MMC olub. Tərəflər arasında 571.962,2 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, “QARA QAYA” MMC-nin nizamanmə lapitalı 2 AZN, qanuni təmsilçi Əliyarov Aydın Əliyar oğludur.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.

Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin isə rəisi İsmayılov Namizəd Ismayıl oğludur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info