Söyüdlü kəndi: Polis yolu bağlayıb, BBC jurnalistləri buraxılmadı - VİDEO

Gədəbəyin Söyüdlü kəndinin camaatı iyunun 20-21-də burdakı qızıl mədənindən axan çirkab sular üçün ikinci süni göl tikintisinə etiraz olaraq aksiya keçir.

Bununla bağlı dövlət komissiyası yaradılıb, iyunun 22-də isə polis kəndə giriş-çıxışı məhdudlaşdırıb.

2 həftədir kəndə giriş-çıxışın məhdudlaşdırılmasını Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev belə izah edir ki, kənddə hələ də komissiya işləyir, camaata narahatlıq verən neqativ hallar aradan qaldırılır və ona görə də kəndə kənar şəxslər buraxılmır.

Söhbətin hansı neqativ hallardan getdiyini polis izah etmir. Amma kəndin uzaqdan görüntülərini çəkərkən müşahidə etdik ki, ətraf təpələrdə də polis iki-iki keşik çəkir.
Bu durumdan kənd sakinləri məmnun deyil.(bbc.com)




UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info