Gəncə türməsində İlqar Atabəylinin insan hüquqları pozulur - Niyə və hansı hallarda?

Bir müddət əvvəl həmkarının kimdənsə tələbinə görə, İlqar Atabəylini cinayət məsuliyyətinə cəkb edərək həbsinə nail olundu. Açıq aşkar tanınmış jurmnalistin qələmindən çıxan həqiqətlər kimlərisə narahat etmişdi. Bu səbəbdəndə şəxsin maddi subutlara söykənən dəlilərə deyil vəsadətlərini ləğv edərək hüquqlarını müdafiəsinə şərait yaratmadan müstəntiqin qondarma ittihamı əsasında hakim hazır olan hökmə imza atdı desək yanılmarıq. Hakimlər bu gün məhkəmə orqanlarında vəzifələrini deyil əmrləri icra etməkdədir. Bir müddət əvvəl Yasamal Məhkəməsindən hakim Aytən Mirzəzadə vəzifəsinə xitam verilməsi ilə bağlı ərizə vermiş və hakimlik vəzifəsindən imtina etmişdir. Müdia gündəmində sifarişli həbs qərarı çıxarmaq istəmədiyinə görıə işinə xitam verdirdiyi xəbərləri yayıldı. Cəmiyyətdə bu hərəkəti ilə böyük nüfuz qazanan xanım Hakim bu gündə vicdanı rahat şəkildə yata bilir. Vicdanı ilə rahat şəkildə hesablaşmağa qadirdir. İlqar Atabəylinin həbs edilməsidə bir çox jurnalistlərin müəmallı həbs həyatından geri qalmadı. şəxsin barəsində yetərsiz dəlil və maddi subutlara əsaslanan hökm çıxdı. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalistin haqsızlıqla üzləşməsi onun həyatında və sağlamlığında böyük izlər qoydu. Hələ azadlıqda olduğu müddətdə ürəyindən tez tez gileylənən İlqar Atabəyli həbsdə olduğu müddətdə dahada yüksək dərəcədə ağrılarla üzləşib. Sterik nervoz və yüksək təzyiqdən əziyyət çəkən buinunla yanaşı sağlamlığında böyük problemlərlə rastlaşan İ.Atabəyli saxlanıldığı Gəncə türməsinin baş həkiminə nə qədər müraciət etsədə onun tam təşəbüslü müayinə və müalicə edilməsi üçün onu Bakı şəhərində yerləşən Mərkəzi Müalicə müəssisəsinə göndərilməsini təmin etməyib. Aldığımız məlumata görə jurnalist İlqar Atabəyli ailə üzvləri dəfələrlə bu barədə Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis Rəfail Mehtiyevə teleqram vurublar. Hətta Rəfail Mehdiyevin qəbuluna düşmək istəsələrdə buna nail ola bilmədiklərini deyirlər.

Qeyd edək ki, hər hansı həbs edilən şəxsin yalnız azzadlıqda olan insanlarla fərqi azadlığının əlindən alınmasıdır. Daxili qaydalara əsasən cəzaçəkmə müəsisələrində verilən müddət çərçivəsində rejimlə yaşayır. Lakin bu müddət çərçivəsində azadlıqda olduğu kimi Konustitusiyada göstərilən qaydalar əsasında müəlicə yemək yatmaq insani olan bütün hüquqları məhs Ədliya Nazirliyinin Penitensiar Xidməti tərəfindən təmin edilməlidir.

Son aldığımız məlumata görə, İlqar Atabəyli ilə birlikdə həbs edilən (yəni İlqarın həbs edilməsinə şərait yaradan Sənan Abdullayevin sağlam olduğu halda Bakı şəhərində Mərkəzi Müalicə müəsissəsində saxlanılması təmin edilir. Amma İlqar xəstə olduğu halda müalicə müəsisəsinə gönderilməsi həkim tərəfindən təmin edilmir. Həsələnin ən ilginc yanı isə həkim göndərilməlidir deyə rəy vermədiyi halda türmə rəisi məhkumu öz səlahiyyəti çərçivəsində bir müəssisədən digər müəssisəyə göndərə bilmir. Halın bu yerə gəlib çatmasında müstəsna rol oynayan Gəncə türməsinin həkimi "şirinlik" tələb etdiyi kimidə səslər var amma biz bunu özümüz eşitmədiyimizdən bu iddia ilə çıxış etmək istəmirik. Bu məlumatın isə yuxarı instansiyalara çatmasınada ciddi maniələr olduğu qeyd məlumatlarda yer almaqdadır..) şəxsin səhhəti çox önəmli olduğu halda digər jurnalistin səhhəti Gəncə türməsinin həkimi üçün əhəmiyyət kəsb etmir. şəxsi anbisiyası ilə qərar qəbul edən həkim İlqar Atabəylinin sağlamlığını təhlükə altına salmaqdadır.

İlqar Atabəylinin yaxınları media vasitəsi ilə Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisi,Ceyhun Həsənovdan və Baş Tibb İdarəsinin rəis Rəfail Mehtiyevə müraciət edərək İlqarın müalicəsi üçün paytaxtda yerləşən Müalicə Müəssisəsinə köçürülməsini tələb edirlər.

Məsləni diqqətimizdə saxlayaraq təfərüatları ilə bağlı məlumat verəcəyik. Bizi izləməyi unutmayın.

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info