Xaçmazda nə baş verir ... - Qanunla bir kəndin neçə adı olmalıdır? - FOTOFAKTLAR

Coğrafi adların dəyişdirilməsi əhalinin, yəni kənd sakinlərinin rəyi əsasında Milli Məclisdə müzakirəyə çıxarılmaqla aparılmalıdır. Lakin, Qoçaqlı kəndin adının dəyişdirilməsi prosesi nə kənd sakinlərinin rəyi əsasında Milli Məclisdə müzakirəyə çıxarılmaqla aparılıb, nə də Prezidentin müvafiq sərəncamı əsasında.

Sadəcə hansısa məmumurun kefinə görə 2015-ci ildən etibarən hissəli şəkildə müəyyən qurumlarda Qoçaqlı adı Qoçaqqazma adlandırılmağa başlanılıb.

Hətta Qoçaqqazma sözü də bir cürə yazılmayıb... Bəzi qurumlarlarda Qoçaqqazma, bəzilərində Qoçaq-qazma, bəzilərində isə Qoçaqqazmalar adlandırılıb.

Bir maraqlı nüansda DİN-nin verdiyi şəxsiyyət vəsiqələrdə (Köhnə nəsil şəxsiyyət vəsiqələri) gözlərə sataşır. Deməli kəntdən biri digər kəndlərdən birindən evlənirsə kəndə köçən gəlinin şəxsiyyət vəsiqəsində Qoçaqqazma, birgə nikahdan dünyaya göz açan uşaqlarda isə qeydiyyat yeri olaraq Qoçaqlı göstərilir.

Bir kəndin iki və daha artıq adının olması bu gün üçün bir problem yaratmasa da gələcəkdə müəyyən sənədləşmə proseslərində müxtəlif problemlərin yaranması qaçılmazdır....

Müvafiq dövlət qurumlarından və yaxud da dövlət rəsmilərindən bu məsələyə açıqlama gətirməsini xahiş edirəm.


Ulutv.info: Başaratvi
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info